Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyevanın Belediyye.infoya verdiyi məlumata görə, sakinlərin qarşılaşdığı problemləri anındaca həll etmək bizim əsas məqsədimizdir. Bu gün sakinlər tərəfindən qaldırılan bütün məsələlər bələdiyyə iclasında müzakirə edilərək həlli istiqamətində addımlar atılır. Sakinlər tərəfindən qaldırılan məsələlərdən biri də DSK 4 ünvanında yol örtüyünün bərpası istiqamətində idi. Artıq sözügedən ünvanda asfalt örtüyünün vurulması üçün hazırlıq işləri həyata keçirilir:
“Prosesi izləmək, həmçinin sakinlərlə fikir mübadiləsi aparmaq üçün Binəqədi qəsəbə icra nümayəndəsi Elxan əliyev və bələdiyyə sədrinin müavini Vüqar Həsənovla ərazidə olduq. Sakinləri dinləməklə yanaşı asfalt örtüyün salınmasını diqqətlə müşahidə etdik. Dşünürəm ki, sakinlərimiz bundan sonra yerli bələdiyyəyə müraciət etməklə qarşılaşdığı çətinliklərin həllini tapa biləcəklər.”
Bundan əlavə su xətti olmayan ərazilərə isə bələdiyyəyə məxsus avtomobillə pulsuz su paylanılması davam etdirilir.
Sonuncu belə addım III mədən 104-cü korpus ünvanındakı sakinlər üçün həyata keçirilib.
Belediyye.info
|
|
|
|
|
|
|